Azərbaycanın məşhur Xalq artistinin yuxusu çin oldu: Anası rəhmətə getdi

19 May 2020 | 15:35
OXUNUB: 3070
 

Anasının öləcəyini öncədən yuxusunda görən Xalq artisti Aygün Səmədzadə tükürpədici hadisə ilə bağlı "Evdəkilərə salam" verilişində açıqlama verib.


Xanım bəstəkar özü ilə bağlı heç kəsin bilmədiyi maraqlı faktların üstünü açıb.

Aygün Səmədzadə anasının ölüm yuxusunu elə anasına danışdığını bildirib:

"Maraqlıdır ki, bu veriliş efirə getdiyi gün anamın ad gününə təsadüf edəcək. Hə, olub. Anam rəhmətə getməmişdən 2 ay əvvəl bir yuxu görmüşdüm, o yuxunun yozmasını anamdan soruşdum. Anam həmişə mənim uşaqlığımda yuxularımdan qorxurdu. Deyirdi ki, Aygünü qoymayın ağlasın, nəsə olar, nəsə baş verər. Bir də ki, mən yuxu görürdüm, yuxumu danışırdım, yuxum çin olurdu. 

Mən yuxunu görməmişdən 2 ay əvvələ kimi anam sağlam idi. Biz fikirləşmirdik ki, hansısa xəstəlik ola bilər. Özü də uşaq həkimi olub. Onda yuxumu anama danışdım, anam mənə dedi ki, "Çox yaxın bir adamı itirəcəksən". Mənim yuxumu belə yozdu. Onu anam mənə deyəndə beynimdən elə anam keçdi. Bilmirəm, ani olaraq fikirləşdim ki, anamı itirəcəm. 2 ay sonra bax belə hadisə baş verdi". 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man