Samuxda qarşısına uzunqulaq arabası çıxan “Mercedes” aşdı, 11 nəfər xəstəxanalıq oldu - FOTO

Yol qəzaları 16 Avqust 2020 | 09:56
OXUNUB: 1160

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, “Mercedes” markalı mikroavtobusun aşması nəticəsində 10-a yaxın yaralı xəstəxanaya aparılıb.

Rayonun Füzuli kəndindən qeydə alınan qəzaya səbəb, avtobusun qarşısına qəflətən uzunqulaq arabasının çıxması olub. Avtobus arabaya çırpıldıqdan sonra aşıb.

Xəsarət alan şəxslərin kimliyi müyyən edilib:

1. Məmmədova Aynur Əli qızı - Hacallı kənd sakini 

2. Əliyeva Nübar Sanil qızı - Hacallı kənd sakini

3. Allahverdiyeva Yeganə Çərkəz qızı - Hacallı kənd sakini

4. Abdulayeva Nahilə Bakir qızı - Füzuli kənd sakini

5. Hüseynova Hüsniyə Sabir qızı - Füzuli kənd sakini

6. Məmmədova Sucayyət  Yusif qızı - Hacallı kənd sakini

7. Orucov Rəşad Vidadi oğli

8. Məhərrəmova Təzəgül Eyvaz qızı - Hacallı kənd sakini

9. Quliyeva Şəhla Abbas qızı - Füzuli kənd sakini

10. Qurbanova Mehriban Yusif qızı - Hacallı kənd sakini

11. Səlimova Ceyran Sabir qızı - Hacallı kənd sakini

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib. 

Hadisə yerinş hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man