Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Əhmədli metrosunun yaxınlığında baş verib.
2006-cı il təvəllüdlü Süleymanov İbrahim Emin oğlu yol kənarında hərəkətdə olan zaman onu minik avtomobili vurub.