Maşının parça-parça olduğu dəhşətli qəzada 2 nəfər öldü; 2 yaralı - FOTO

Yol qəzaları 16 Avqust 2020 | 01:44
OXUNUB: 11468

Masallıda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların kimlikləri məlim olub. "Report"un verdiyi məlumata görə, qəzada Ağaverdiyev Orxan Şakir oğlu və Mustafayev Qismət Mahir oğlu ağır xəsarət alıblar. Talıblı Müşfiq Etibar oğlu və Hüseynov Məzahir Vəfadar oğlu isə hadisə yerindəcə keçiniblər.

Faktla bağlı araşdırma gedir.

00:26

Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un verdiyi məlumata görə, hadisə Masallı şəhəri ərazisində baş verib. Belə ki, "VAZ 21011" markalı avtomobil Zərifə Əliyeva küçəsindən əsas yola çıxarkən "Kamaz" markalı yük avtomobilinin yolu keçməsini gözləyib. Yük avtomobili keçdikdən dərhal sonra yola çıxmaq istəyərkən diqqətsizlikdən yük avtomobilinin arxasında yedəkdə olan digər nəqliyyat vasitəsini görməyib. Nəticədə iki avtomobil arasındakı trosa ilişərək sıxılıb.

Hadisə yerində iki Masallı rayon sakini dünyasını dəyişib. Həmin şəxslər təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Qəzada xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man