Konqo Demokratik Respublikasında “Agefreco” şirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 13-də Cənubi Kivu əyalətində qeydə alınıb.
Yerli KİV-in məlumatına görə, göyərtəsində 4 nəfərin olduğu Kalima şəhərindən Bukavuya yük daşıyan təyyarə, qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.
Qəza nəticəsində 4 nəfər (2 pilot, 2 sərnişin) dünyasını dəyişib.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Araşdırmalar aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man