Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Slaviyanka kəndində qeydə alınıb.
Hərəkətə olan “Chevrolet" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 2 nəfər - rayon sakinləri, 1995-ci il təvəllüdlü Tural Məmmədzadə və 1997-ci il təvəllüdlü Nicat Məmmədli xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata görə, qəzaya səbəb yağışlı hava şəraiti olub. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. (APA)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man