Türkiyənin Kocaeli şəhərində hərbçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə Körfəz rayonunda qeydə alınıb.
Agentliyin məlumata görə, əsgərlərin olduğu 41 KL 239 qeydiyyat nömrə nişanlı mikroavtobus, əks istiqamətdən gələn 41 ABH 038 qeydiyyat nömrə nişanlı minik avtomobillə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan mikroavtobus yaşayış evinin divarına çırpılıb.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsindəki 10-a yaxın insan xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man