Bakıda zəncirvarı yol qəzası olub. Hadisə Aeroport yolunda, Milli Aviasiya Akademiyasının qarşısında qeydə alınıb. “Renault” markalı, 99 SF 946 dövlət nömrə nişanlı avtomobil “Mercedes” markalı, 99 EO 557 dövlət nömrə nişanlı maşına çırpılıb. Zərbənin təsirindən “Mercedes” bir neçə maşına dəyib. Qəza nəticəsində ümumilikdə 5-6 avtomobil əzilib. Qəzaya səbəb olan "Renault" markalı avtomobil hadisə yerindən qaçıb.
Xəsarət alan yoxdur. (APA)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man