Zərdabda yol qəzasında xəsarət alanlar Bakıya gətirildi

Yol qəzaları 12 Avqust 2020 | 08:56
OXUNUB: 1363

Zərdabda iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində sürücü 1969-cu il təvəllüdlü Elman Əzizov, 1994-cü il təvəllüdlü Hüseynova Gülüstan Hamlet qızı və onun 8 yaşlı övladı Hüseyinli Mədinə Sərxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətiriliblər.

Müayinə zamanı E.Əzizova qabırğaların və son əlinin açıq sınığı, G.Hüseynovaya sağ körpücük sümüyünün sınığı, M.Hüseyinliyə isə sağ ayağının sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır. ("Report")

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man