Türkiyənin Kayseri şəhərində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə avqustun 11-də səhər saatlarında “Kayseri – Sivas” trasının Büyüktuzhisar məhəlləsi istiqamətindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, 41 U 7321 qeydiyyat nömrə nişanlı mikroavtobus, sürücünün idarə etməsindən çıxaraq, eyni zolaqda hərəkətdə olan 38 H 2105 qeydiyyat nömrə nişanlı TIR-a arxadan çırpılıb. Zərbənin təsirindən mikroavtobusun ön hissəsi deformasiyaya uğrayıb.
Qəza nəticəsində eyni ailədən olan 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə Kayseri Şəhər Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man