Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, qəza avqustun 11-də saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini İ.Qurbanov “BMW” markalı avtomobili idarə edərkən yolu keçən 60-65 yaşlı kişini vurub.
Nəticədə həmin şəxs hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man