Bakının çıxışındakı postlarda vəziyyət necədir? - FOTO

İctimai nəqliyyat 10 Avqust 2020 | 21:30
OXUNUB: 3459

Avqustun 10-dan etibarən rayonlara gediş-gəliş yalnız ezamiyyə, xəstəlik kağızı və bəzi dövlət orqanlarının xidməti vəsiqələri ilə mümkündür. Avtosfer.az-ın əməkdaşları bu gün Şamaxı istiqamətində qurulmuş karantin postunda müşahidələr aparıb. Həm dövlət yol polisi, həm Post Patrul Xidməti, həm də Çevik Polis Alayının əməkdaşları ərazidə xidmət aparır. Rayonlara getmək istəyən sürücü, eləcə də onların sərnişinlərinin sənədləri fərdi qaydada yoxlanılır. Müvafiq icazə sənədi olanlar postdan buraxılır. Əks halda isə geri qaytarılır. Müşahidələr zamanı ciddi yoxlamaların şahidi olduq. Həmçinin əməkdaşların sayı çox olduğu üçün də yoxlamalar qısa müddətdə aparılırdı ki, bu da əlavə tıxacın yaranmasına səbəb olmurdu. Fotoları təqdim edirik:

 

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man