Ermənistanın Sünik əyalətində, artistlər Armen Marutyan və Alla Vardanyanın qızı (Tamara Marutyan), ailəsi ilə birlikdə dəhşətli yol qəzasına düşüblər. Avtosfer.az “Sputnik armeniya”ya istinadən xəbər verir ki, hadisə avqustun 9-da “İrəvan-Merqi” trasında qeydə alınıb.
Məlumata görə, 49 yaşlı Tamara Marutyanın həyat yoldaşının idarə etdiyi “Toyota” markalı avtomobil, 61 yaşlı Aşot Qevorqyanın idarə etdiyi “Mercedes” markalı yük maşını ilə toqquşub.
Zərbənin şiddətindən “Toyota” deformasiyaya uğrayıb.
Qəza nəticəsində Tamara Marutyan, həyat yoldaşı və onların 15-9 yaşlı iki oğulu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man