Türkiyənin İstanbul şəhərində avtomobilin piyadanı vurma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az DHA-ya istinadən məlumat verir ki, hadisə Pendik rayonunda qeydə aınıb.
Kadrlarda, işıqforun qadağanedici siqnalında nəqliyyat vasitələrinin dayandığı və bu arada yolu keçmək istəyən qadın piyadanı sürətlə gələn "Kia"nın vurduğu görülür.
Bundan sonra zərbənin təsirindən qadın mikroavtobusa çırpılır.
Digər sürücülərin zəng vurması ilə hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. Yaralılar qadın xəstəxanaya çatdırılıb.
Onun həyatı təhlükəsinin olmadığı bildirilir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man