Yol-nəqliyyat hadisələrinin ən çox baş verdiyi ölkələrin SİYAHISI

Nəqliyyat xəbərləri 09 Avqust 2020 | 14:09
OXUNUB: 4747

Ümumdünya Səhiyyə Təşkilatı, yol-nəqliyyat hadisələrinin ən çox baş verdiyi ölkələrin siyahısını tərtib edib. Avtosfer.az xəbər verir ki, siyahı, 100 min əhaliyə düşən ölü sayı nəzərə alınaraq hazırlanıb.

Bu göstəricilər təkcə yolda qəzaya uğramağın real ehtimalını deyil, həm də gətirib çıxara biləcəyi fəsadların ciddiliyini əks etdirir. Say nə qədər yüksəkdirsə vəziyyət daha da pisləşir, yəni bir ölkə 25-ci yerdədirsə, 5-ci olan ölkədən daha təhlükəsizdir.

Bu göstərici üçün ən təhlükəli ölkələrin siyahısına Zimbabve (100 min nəfərə 45 nəfər) və Liberiya (35,9) daxildir.

Latın Amerikasında vəziyyət Paraqvayda (22,7) və Ekvadorda (21,3) daha təhlükəlidir. Braziliyada piyada vurulmalarının ölüm nisbəti 19,7-dir. Argentinada bu hal digər ölkələrdən bir az yaxşıdır - 100 min əhaliyə 14 ölüm.

Hindistanda yol təhlükəsizliyi baxımından elə də ürəkaçıcı deyil. Burda statistikalar yüz minə 22,6 ölüm hadisəsini göstərir və dünya təsnifatında 58-ci yeri tutur. ABŞ 100 min əhaliyə 12,4 hal göstəricisi ilə 112-ci yerdədir. Çin 68-ci yerdədir (18.2).

Avtomobil qəzalarının ən az baş verdiyi ölkələr İsveçrə, Almaniya, Yaponiya və San Marinodur.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man