Abşeronda üç avtomobil toqquşub, xəsarət alan var - VİDEO

Yol qəzaları 09 Avqust 2020 | 10:07
OXUNUB: 744

Abşeron rayonunda baş vermiş avtoqəza zamanı bir nəfər xəsarət alıb. Hadisə Bakı-Novxanı yolunun Masazır qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

"Hyundai" markalı nəqliyyat vasitəsi yol hərəkəti qaydalarını pozaraq əks istiqamətə çıxıb. Bu zaman qarşıdan gələn digər "Hyundai" markalı avtomobillə toqquşub. Zərbənin gücündən sonuncu hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində yol hərəkəti qaydasını pozan "Hyundai"ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin olunub. (APA )

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man