Samux rayonunda yol qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Ağır xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.