Rusiyanın Volqoqrad əyalətində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə P-22 “Kaspiy” avtomagistralının 882-ci kilometrliyində qeydə alınıb. Bu barədə avqustun 8-də Rusiya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əaylət üzrə regional qrupundan məlumat verilib.
Məlumata görə, 53 yaşlı sürücü idarə etdiyi “Honda CR-V” markalı avtomobillə, ötmə əməliyyatını yerinə yetirərkən yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn “Subaru Forester”lə toqquşub.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsindəki 4-ü uşaq olmaqla, ümumilikdə 8 nəfər, hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man