Sərnişin təyyarəsi sərt qəza enişi etdi; 20 ölü, azı 140 yaralı - VİDEO

Yol qəzaları 08 Avqust 2020 | 08:36
OXUNUB: 1084

Hindistanın qərbində “Air India Express” aviaşirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi sərt qəza enişi etməsi nəticəsində 20 nəfər dünyasını dəyişib, azı 140 nəfər isə xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, hadisə avqustun 7-də Kerala ştatının Kojikode şəhərində baş verib. Bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Hind hökumətinin məlumatına görə, yağışlı havada layner enişə keçən zaman eniş-zolağına çırpılaraq iki hissəyə ayrılıb və sürüklənərək yamaca düşüb.

Bildirilir ki, Dubaydan reys həyata keçirən laynerin göyərtəsində 190 nəfər olub –10 uşaq olmaqla 184 sərnişin və 2 pilot, 4 heyət üzvü olub. 

Təyyarədə, Covid-19 səbəbindən sərhəddə qalan hindistanlı vətəndaşlar olub.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man