Kürdəmirdə avtomobil piyadanı vurub öldürdü

Yol qəzaları 07 Avqust 2020 | 22:48
OXUNUB: 1333

Mərhumun oğlu Şamxal İbrahimli Avtosfer.az-a bildirib ki, hadisə piyada yolu keçərkən baş verməyib. Həmin vaxt Fariz İbrahimov yolun ehtiyat zolağında dayanıbmış və avtomobil yoldan çıxaraq onu vurub.

***

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsində ağır xəsarət alan piyada dünyasını dəyişib. "Report" xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, 58 yaşlı İbrahimov Fariz Bərşad oğlu xəstəxanada vəfat edib. 

Qeyd edək ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Sabirabad rayon sakini Bağırov Nicat Münasib oğlunun idarə etdiyi “VAZ-2109” markalı avtomobil yolu keçmək istəyən kənd sakini, 58 yaşlı İbrahimov Fariz Bərşad oğlunu vurub. Hadisə zamanı avtomobil yol kənarındakı kanala düşüb. Ağır xəsarət alan F.İbrahimov isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man