BNA yeni ekspress xətlər açır: Bakı kəndlərindən birbaşa.. - VİDEO

Yeniliklər 04 Avqust 2020 | 17:45
OXUNUB: 1397

Bu gün Bakı Nəqliyyat Agentliyində mətbuat konfransı keçirib. Avtosfer.az xəbər verir ki, Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, avqustun 5-dən etibarən 5 yeni ekspress xətt istifadəyə veriləcək. Belə ki, çimərliklərdən istifadəyə icazə verildikdən sonra BNA sərnişinlərin rahatlığını təmin etmək üçün yeniliklər edib. Buzovna, Mərdəkan, Maştağa və digər Bakı kəndlərindən şəhər mərkəzinə birbaşa ekspress avtobuslar istifadəyə veriləcək. Bu avtobuslar üçün qiymətlər 30-50 qəpik arasında dəyişəcək. Beləliklə Bakı kəndlərinin sakinləri birbaşa Gənclik metrosunun qarşına gələ biləcəklər. Ödənişlər isə kart vasitəsilə ediləcək. 
Qeyd edək ki, ayrılan avtobuslar Prezident İlham Əliyevin tapşırığına əsasən alınan və sıxılmış qazla işləyən BMC markalıdır.

Təşkil olunacaq ekspres xətləri və istiqamətləri:

1. M 1 A / Q.Qarayev pros (Laçın t/m-nin qarşısı) – Gənclik m/st.

2. M2 A / Neftçilər m/st – Elmlər Akademiyası m/st

3. M 8 / Maştağa qəsəbəsi – Gənclik m/st

4. M 9 / Sea Breeze istirahət mərkəzi – N.Nərimanov m/st

5. M 10 / Mərdəkan qəsəbəsi (stansiya) –N.Nərimanov m/st.

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man