Tariflər ləğv edildi - 1 yanvara qədər...

28 Aprel 2020 | 14:10
OXUNUB: 4040
 

Bakı Fond Birjası bu il aprelin 1-dən, gələn il yanvarın 1-nə qədər listinqə daxil olan korporativ istiqrazlar üzrə listinq tariflərini ləğv edib. 

 

Sfera.az xəbər verir ki, qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı tələb olunan sənədlər dairəsi gələn il yanvarın 1-nə kimi minimallaşdırılaraq, emitentlərdən yalnız notarial qaydada təsdiq edilmiş qiymətli kağızların dövlət reyestrindən çıxarışı və emissiya prospekti tələb edilməsi ləğv edilib.

 

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarında baş verən kəskin dalğalanmaların kapital bazarı iştirakçılarına mәnfi tәsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının təklif etdiyi dəstəkləyici tədbirlərə dəstək vermək üçün Bakı Fond Birjası tərəfindən bu qərarlar qəbul olunub. (pravda)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man