Kanadada yüngül motorlu təyyarə uçuş-eniş zolağından çıxaraq qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə Britaniya Kolumbiyasının Nelson şəhərində qeydə alınıb.
“СTV” telekanalının məlumatına görə, şiddətli külək təyyarəni uçuş-eniş zolağından sürükləyərək aeroportun ərazisindən çıxarıb və yol kənarına park edilmiş avtomobilə çırpıb. Şassisi sıradan çıxan hava gəmisi bir supermarketin qarşısında yerləşən avtodayanacağın asfaltına ilişərək qalıb.
Qəza nəticəsində göyərtədəki 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar müayinədən keçmək üçün tibb məntəqəsinə aparılıblar.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man