Vaqif Əsədovdan ləğv olunan cərimə ilə bağlı - Açıqlama

İctimai nəqliyyat 03 Avqust 2020 | 19:25
OXUNUB: 1570

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) karantin rejimi qaydalarını pozduğu üçün vətəndaşa yazılan cəriməni Quba Rayon Məhkəməsinin ləğv etməsi ilə bağlı açıqlama verib.

Bakı şəhər DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Quba sakini Həmzəyev Telman Həmzəli oğlu iyulun 6-da Suraxan rayonu ərazisində karantin qaydalarını pozduğu üçün Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb:

“O, 90-AL-082 dövlət nömrə nişanlı "Mitsubishi" markalı avtomobillə icazəsi olmadan hərəkət etdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 211-ci maddə ilə məsuliyyətə cəlb edilib. Ona tərtib edilən protokolla əlaqəli inzibati xətanın tördildiyi ərazidə baxılması nəzərdə tutulub. Lakin vətəndaş yaşayış yeri üzrə müraciət edib. Həmin müraciətə 29 iyul tarixində baxılıb, onun iddiası qismən təmin edilib və işə yenidən baxılması üçüb Dövlət Yol Polisinə göndərilib. Ona yazılan cərimənin ləğv edildiyi doğru deyil. Onun icazəsinin olub-olmadığı barədə bizə məlumat göndəriləcək və yenidən işə baxılacaq”. ( "Qafqazinfo")

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man