Piknikə gedənlər ağır qəzaya düşdülər; 6 ölü, 1 yaralı - FOTO

Yol qəzaları 03 Avqust 2020 | 12:38
OXUNUB: 876

Türkiyənin Hakkari vilayətində mikroavtobusun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə avqustun 3-də Yüksəkova rayonunda qeydə alınıb.

Məlumata görə, “Cilo-Sat” dağları bölgəsində piknikə gedən, içərisində təhsil işçilərinin də olduğu mikroavtobus, əyləcində yaranmış nasazlıq səbəbindən sürücünün idarə etməsindən çıxaraq uçuruma yuvarlanıb.

Qəza nəticəsində 6 nəfər ölüb, 1-i isə xəsarət alıb.

Yaralı, hadisə yerinə cəlb edilən tibbi vertolyotla Yüksükova Dövlət Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man