Böhranın ikinci dalğası: Mövcud "krizis" nə qədər davam edəcək?

23 Aprel 2020 | 15:43
OXUNUB: 2943

 

Dünya iqtisadiyyatında koronavirus pandemiyasının yaratdığı böhran şəraiti tədricən dib mərhələdən uzaqlaşır. Artıq bir çox ölkə yaxın günlərdə karantin rejimini yumşaldacağını, iqtisadi fəaliyyətə tədricən imkan yaradacağını bəyan edib. Bununla əlaqədar olaraq beynəlxalq birjalarda mühüm indekslərin, əmtəə qiymətlərinin ucuzlaşması dayanıb, hətta bəzi göstəricilərdə yüksəlmə, məhsullarda bahalaşma əlamətləri var. Bu vəziyyət iqtisadiyyatın yaxın həftələrdə bərpa ediləcəyinə dair ümidləri artırıb.


Sfera.az xatırladır ki, pessimist proqnozlar da mövcuddur. Bəzi güclü analitik təşkilatların proqnozuna görə karantin qurtarsa da qlobal iqtisadiyyatın böhrandan çıxması tezliklə mümkün olmayacaq. Hətta qlobal iqtisadi böhranın ikinci dalğasının gələcəyi ehtimal edilir.

 

Son bir neçə gündə aparıcı xarici media orqanlarında da növbəti böhranın mümkünlüyü fikrinə daha çox yer verilir. Şərhlərə görə, ehtimal edilən ikinci böhran dalğası dünya iqtisadiyyatı üçün daha ağır problemlər yarada bilər.

 

Bəs, həqiqətdə böhranın ikinci dalğası mümkündürmü? Dünya belə bir təcrübəni yaşaya bilərmi?

Böhranın ikinci dalğasının baş verməsi ehtimalı azdır. Çünki bunun üçün ciddi iqtisadi əsaslar yoxdur. Belə ki, iqtisadi nəzəriyyədə və real həyatda böhranın dövrü bir proses olduğu sübut edilib. Böhran bir ildən bir neçə ilə qədər olan müddət ərzində davam edə bilər. Amma bir böhran başa çatmamış yeni böhranın yaşanması təcrübəsi dünya tarixində yoxdur. Təcrübəyə əsasən iki böhran arasındakı müddət 7-10 ildən tez olmur.

 

İndiki dövrdə böhran yox, qıtlıq təhlükəsi var. Əmək və istehsal fəaliyyətinin məhdudlaşdığı indiki zamanda məhsul qıtlığının yaranması realdır. Əslində, ikinci böhran dalğası dedikdə bu nəzərdə tutulur. Böhran baş verəndən sonra bir çox sahibkarlıq subyekti istehsal etdiyi məhsulu nəzərdə tutduğu qiymətə sata bilmədiyindən istehsalı dayandırıb. Bunun nəticəsində çoxlu sayda iş yeri və müəssisə bağlanıb. Böhran bitsə də istehsal sahələri yenidən canlandırmaq üçün vəsait lazım gələcək. Bütün bunlar nəticədə qıtlıq yaratma ehtimalını artırır. Buna görə də böhran şəraitində bazar iqtisadiyyatına dövlətin əvvəlki dövrlərdən fərqli olaraq daha ciddi müdaxiləsinə ehtiyac var. İkinci böhran dalğasının olacağı ilə bağlı fikir irəli sürənlər də bunu nəzərdə tutur. Bazarda elə qiymət səviyyəsi olmalıdır ki, istehsal sərfəli olsun.

 

Böhran əlamətləri 2020-cu ilin ikinci yarısına qədər tam aradan qalxacaq. Artıq həmin dövrdən iqtisadi canlanma olacaq. Amma dövlət müdaxiləsinin nə dərəcədə effektiv olmasından aslı olaraq iqtisadiyyatlarda canlanma bir qədər də tez baş verə bilər.

 

Burada iqtisadiyyatlara yardımın tez və çox göstərilməsi əsas rol oynayacaq. İqtisadiyyata dəstək verməkdə gecikən dövlətlər və ya imkanı məhdud olan dövlətlər öz iqtisadiyyatlarında böyük geriləmənin, istehsal qıtlığının qarşısını ala bilməyəcək.

 

Lakin böhranın ikinci dalğasının baş vermə ehtimalı müəyyən şərtlər daxilində mümkündür. Adətən növbəti böhran o halda baş verir ki, ilk iqtisadi tənəzzülün əlamətləri tam aradan qaldırılmır. Dünyanın ən böyük iqtisadiyyatına malik 20 ölkəsi real iqtisadiyyatı və maliyyə sektorunu dirçəltmək üçün 7 trilyon dollardan artıq vəsait ayırıb. Bu böhrana qarşı mühüm tədbir sayıla bilər, çünki bu halıda alıcılıq qabiliyyəti güclənəcək. Əgər bu proseslərə paralel olaraq neftin qiymətində və digər iqtisadiyyat üçün mühüm götəricilərdə canlanma olarsa, növbəti böhran olmayacaq.


Qeyd edək ki, böhran hazırda derressiya mərhələsindədir. Böhran özlüyündə 4 mərhələdən keçir - baş vermə, derressiya, canlanma və inkişaf. Böhran hazırda derresiya mərhələsindədir. İqtisadiyyatlarda geriləmə dayanıb, çox kiçik göstəricilərlə də olsa inkişaf var. Bu onu göstərir ki, böhran canlanmaya doğru gedir.

 

Böhranın aylar üzrə dinamikası göstərir ki, böhranın dərinləşmə temri aşağı düşür. Qiymətli kağızlar bazarında müəyyən sabitliyin yaranması istiqamətində proseslər gedir. Əgər əvvəl aparıcı indeklər sürətlə aşağı düşürdüsə, indiki halda müəyyən sabitlik var. Neftin qiyməti ilə bağlı narahatçılıq hələ də qalır. Lakin siyasi razılaşmanın olması neftin bahalaşma ehtimalını qoruyur. Bunlar deməyə əsas verir ki, bundan sonra iqtisadiyyatlarda sabitlik və canlanma mərhələləri baş verəcək.


Azərbaycan üçün isə böhranın bitməsi yalnız neftin qiyməti ilə bağlıdır. Əgər neftin qiyməti bizim üçün əlverişli olan 40 dollar həddindən aşağıda qalmasa, iqtisadiyyatda böhran əlamətləri aradan qalxacaq. Əks təqdirdə hələ bir müddət Azərbaycan iqtisadiyyatı böhranlı şəraitdə yaşayacaq.

 

 

 

Vasif CƏFƏROV

Sfera.az

 

 

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man