Sürət qatarı təmir lokomotivi ilə toqquşdu; ölən və xəsarət alan var - FOTO

Yol qəzaları 01 Avqust 2020 | 08:34
OXUNUB: 2276

Portuqaliyada sürət qatarının və təmir lokomotivinin iştirakı ilə ağır dəmir yol qəza baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 31-də Koimbra şəhərinin Sori kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bu barədə “SIC” telekanalı məlumat yayıb.

Telekanalın Məlumatına görə, göyərtəsində 282 sərnişinin olduğu və iri şəhərlər arası reys həyata keçirən “Alfa Pendular” sürət qatarı, dəmir yollarında xidmət aparan təmir lokomotivi ilə toqquşub.

Qəza nəticəsində azı 2 nəfər ölüb, 40-a yaxın insan isə xəsarət alıb. Onlardan 7-sinin vəziyyəti ağırdır.

Yaralılar, hadisə yerinə cəlb olunan ambulanslarla şəhər xəstəxanalarına çatdırılıblar.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man