“Audi” bu modelləri geri çağırır - Təhlükəsizlik yastıqlarında yaranmış qüsura görə

Nəqliyyat xəbərləri 31 İyul 2020 | 13:35
OXUNUB: 2335

“Audi” şirkəti Rusiyadan 512 ədəd “A4”, “A8”, “A6”, “TT” və “Cabriolet” modellərini, təhlükəsizlik yastıqlarında yaranmış qüsura görə geri çağırır. Avtosfer.az xəbər verir ki, bu, 1997-ci ildən 2001-ci ilə qədər realizə edilmiş avtomobillərə şamil edilir. Bu barədə “Rosstandart” məlumat yayıb.

Məlumata görə, yoxlanış və təmirə, “Takata” təhlükəsizlik hava yastıqlı və “NADI” qaz generatorlu avtomobillər düşür.

Səmərəliliyin aşağı düşməsi, qəza zamanı təhlükəsizlik yastığının yavaş-yavaş və yaxud da ümumiyyətlə açılmamasına gətirib çıxara bilər. Bu da maksimum qorunma təmin etməyəcək.

“Volkswagen Group Rus MMC” geri çağırılan avtomobillərin sahiblərinə pulsuz olaraq yoxlanmağı və lazım olduqda sürücünün təhlükəsizlik yastıqlarını dəyişdirməyi təklif edəcək.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man