Mikroavtobus park edilmiş “Kamaz”a çırpıldı;9 ölü, 9 yaralı - FOTO

Yol qəzaları 31 İyul 2020 | 11:35
OXUNUB: 1020

Rusiyanın Krım Respublikasında iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az “TASS”a istinadən məlumat verir ki, hadisə iyulun 31-də səhər saatlarında “Tavrida” trasının Beloqorsk şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Krasnodardan Sevastopl reysi həyata keçirən “Mercedes-Benz Sprinter” markalı  sərnişin mikroavtobusu, hərəkətdə olarkən yol kənarında park edilmiş qoşqulu “Kamaz” maraklı yük maşınına çırpılıb.

Qəzanın şiddətindən mikroavtobus qoşqunun altına girərək ön hissəsi deformasiyaya uğrayıb.

Hadisə nəticəsində 9 nəfər ölüb, 9-u isə xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Bildirilir ki, qəza zamanı mikroavtobusda 2-si uşaq olmaqla, 18 nəfər olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan qeyd ediblər ki, ola bilsin ki, qəza vaxtı sürücü sükan arxasında mürgüləmiş olub.

Faktla bağlı cinayət işi açılıb, istintaq-əməliyyat tədbirləri aparılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man