Ağdaşda avtomobil aşıb, sürücü ölüb, sərnişin xəsarət alıb - FOTO

Yol qəzaları 30 İyul 2020 | 19:06
OXUNUB: 1318

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaşın Yuxarı Qəsl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  

Göyçayın Bığır kənd sakini, 1975-ci il təvəllüdlü Qafurov Siyavuş Girman oğlu idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən qarşısına çıxan maneəni vurmamaq üçün sükanı kənara çevirib və idarəetmənin itməsi nəticəsində maşın yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü Siyavuş Qafurov ağır xəsarətlər aldığı üçün dünyasını dəyişib. Sərnişin, Göyçay sakini, 1973-cü il təvəllüdlü Hüseynov Habil Nəsib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır. (APA)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man