Dünyada ilin ən bahalı avtomobil brendi “Toyota” şirkəti olub - REYTİNQ

Nəqliyyat xəbərləri 30 İyul 2020 | 15:55
OXUNUB: 2545

“Forbes” jurnalının reytinqinə əsasən, dünyada ilin ən bahalı avtomobil brendi “Toyota” şirkəti olub. Avtosfer.az xəbər verir ki, siyahının 11-ci yerində qərarlaşan yapon markasının dəyəri 41,5 milyard dollar qiymətləndirilib. Bu rəqəmlər də ötən ilin göstəricilərindən 7% azdır.  

“Toyota” siyahıda, “Mcdonald's” (46,3 mlrd. dollar, +5%) və “Intel” (39,5 mlrd. dollar, +2%) şirkətləri arasında yerləşib.

“Toyota”dan əlavə, “dünyanın ən bahalı brendlərinin Top-100”nə, daha 10 avtomobil şirkəti də daxil edilib.

Belə ki, siyahının 23-cü yerində “Mercedes-Benz” (28,5 mlrd dollar; (-14%), 27-ci də “BMW” (25,9 mlrd dollar; (-13%), 29-cu da isə “Honda” (24,5 mlrd dollar).

İlk beşliyi, 44-cü sırada “Audi” (13,8 mlrd dollar; (-3%) bağlayıb.

Bundan əlavə, reytinqə düşən kompaniyalar: “Porsche” (12,1 mlrd dollar; +10%), “Chevrolet” (11,3 mlrd dollar; +5%), “Ford” (11,2 mlrd dollar; -14%), “Lexus” (10,3 mlrd dollar; +8%), “Hyundai” (9,5 mlrd dollar; +17%) və “Volkswagen” (7,9 mlrd dollar).

Ümumi reytinqin liderlərinə gəlincə, yenə də birinci yerdə “Apple”dir. Şirkətin dəyəri (241,2 mlrd dollar; (+17%) qiymətləndirilir. İkinci “Google” (207,5 mlrd dollar; +24%). Üçüncü isə “Microsoft” (162,9 mlrd dollar; +20%).

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man