2030-cu ildə satılacaq nəqliyyat vasitələrinin üçdə biri elektrikli olacaq

Nəqliyyat xəbərləri 30 İyul 2020 | 14:18
OXUNUB: 1616

Dünyaca məşhur audit şirkəti “Deloitte” apardığı araşdırmalar nəticəsində maraqlı məlumatlar əldə edib. Audit şirkətinin məlumatlarına görə, 2030-cu ilə qədər dünyada satılan nəqliyyat vasitələrinin üçdə biri elektrik olacaq.

Deloitte-nin məlumatına görə, benzin və dizel avtomobil satışları artıq pik həddə çatıb. Başqa sözlə, bu iki növ yanacaqdan istifadə edən nəqliyyat vasitələrinin satışlarının mütəmadi azalması gözlənilir.

Avtosfer.az “motor1” istinadən xəbər verir ki, koronavirus-dan sonra avtomobil bazarında 2024-cü ilə qədər bərpa etmək çox çətindir. Ancaq bu il də 2,5 milyon “EV” modelinin satılacağı proqnozlaşdırılır. Deloitte'nin “EV” modelləri ilə məşğul olan şöbənin müdiri Ceymi Hamilton da bu məlumatlarla əlaqədar əhəmiyyətli açıqlamalar verdi.

"Bir çox elektrik avtomobilinin yüksək qiymətlər ilə satılması EV modellərinə keçmək istəyən bəzi müştəriləri fikrindən daşındırır. Ancaq günbəgün bu modellərin qiymətləri benzin və dizel yanacaqları ilə rəqabət aparır.

 

Elektrikli avtomobillərin də ikinci əl bazarlarda populyarlıq qazandığını vurğulayan Hamilton, xüsusilə bu avtomobillərə hökumətlərin verdiyi dəstəyin “EV” modeli satışlarında böyük rol oynayacağını düşünür.

 

 

Pərvin Qoca

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man