"Performance Center"də bu modelin satışı PİCK həddə çatdı!

Nəqliyyat xəbərləri 29 İyul 2020 | 23:13
OXUNUB: 3709

Performance Center şirkəti 1997-ci ildə Chevrolet və Cadillac avtomobillərinin Azərbaycandakı rəsmi distributoru kimi fəaliyyətə başlayıb. Hal-hazırda isə Chevrolet, Cadillac-dan başqa Ravon, BAIC və JAC markalarının rəsmi distributorluğunu həyata keçirir. Toplam 5 markaya distributorluq edən şirkət 23 il ərzində gördüyü işlərlə bazarda öz sözünü deməyi açıq-aşkar bacarmışdır.

Bilirik ki, son dövrlər Çin avtomobilləri sürətli formada dünya bazarına daxil olur. Əlbəttə ki, bunun müxtəlif səbəbləri var. Ən əsası innovativlik, dözümlülüyə xüsusi diqqətin yetirilməsi, servis və ehtiyat hissələrinin daha ekonom olması və s. Çinin dünyaya inteqrasiya edən və özünü doğruldan markalarında biri də JAC markasıdır. JAC markasının pick-up modeli olan T8, istər göstəriciləri, istərsə də qiymət baxımından rəqiblərindən fərqlənir və üstünlüyü ilə seçilir. Məhz bu baxımdan T8-ə pick-up bazarında böyük diqqət göstərildi. Avtomobilin qiymətinin büdcəli və texniki göstəricilərinin üstün olması, avtomobilə olan rəğbəti daha da artırdı. Avtomobil həmçinin gənc kütlənin də diqqət mərkəzinə daxil olmaqla, pick-up seqmenti üzrə bazarda yeni axın yaradıb.
Şirkətin marketinq direktoru Fərid Məmmədli qeyd edir ki, bu çətin pandemiya dönəmində JAC T8 pick-up modelinə bu qədər marağın olması və bundan dolayı artıq stokun bitməsi şirkətin lokal bazar üçün doğru seçim etdiyinin nəticəsidir. Şirkət rəsmisi bildirir ki, T8-ə marağın yüksək olmasına əsas səbəblər; avtomobilin dözümlü olması, ekonom mühərrikdən istifadə olunması, premium interyer, extreme eksteryer görünüşünə sahib olmaqla yanaşı, ehtiyat hissələri və servisini də rahat şəkildə Performance Center şirkətinin təmin etməsidir.

Qeyd edək ki, növbəti JAC T8 pick-up modelləri avqustun sonu şirkətin stokunda olacaqdır. Müştərilər ön sifariş edərək indidən T8 modelini bron etmə imkanına sahibdir. Avtomobil haqqında daha ətraflı məlumat almaq üçün www.performance-center.az və ya 1633 qısa nömrəsinə zəng edə bilərsiniz.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man