Rusiyanın Moskva şəhərində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 29-da səhər saatlarında “Daşkənd” küçəsi və “Ryazan” prospektinin kəsişməsində qeydə alınıb.
Paytaxtın xilasetmə xidmətindən verilən məlumata görə, “Qazel” markalı yük maşının sürücüsü, yüksək sürətlə hərəkət edərək işıqforun qırmızı işığından keçib və hərəkətdə olan avtobusla toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, 7-si isə xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man