Bakıda “sarı tor”a düşən yolların sayı artırılır - FOTO

Yeniliklər 29 İyul 2020 | 11:50
OXUNUB: 1209

Yol kəsişmələrində “sarı kəsişmə toru”nun tətbiqi istiqamətində işlərin növbəti mərhələsinə başlanılıb. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, bu çərçivədə əsasən şəhərin mərkəzi hissəsini əhatə edən  yol kəsişmələrində müvafiq nişanlanma işləri aparılacaq. Bununla yanaşı 15 yol kəsişməsində təşkil edilən sarı kəsişmə toru nişanlanma xətlərinin yenilənməsi işləri də icra olunur.

Ümumilikdə 74 yol kəsişməsində sarı kəsişmə torunun tətbiqi nəzərdə tutulmuşdur. Sarı kəsişmə toru nişanlanmasının təşkilində məqsəd yol kəsişmələrində nəqliyyatın tıxanmasının qarşısını almaq, maneəsiz hərəkəti təmin etmək və yol hərəkəti təhlükəsizliyinin səviyyəsini artırmaqdır.

Azərbaycan Respublikası "Yol hərəkəti haqqında" Qanununun 75-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan yolayrıcını keçmə qaydalarına riayət etmələrini sürücülərimizdən xahiş edirik. “Sarı kəsişmə toru”-nun tələblərinə əməl edib ümumi hərəkətə maneə yaratmayan sürücülərimizə isə təşəkkür edirik.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man