Bəzən sürücülər yolda hərəkət edən zaman sanki yan güzgülərin olduğunu unudurlar. Xüsusilə ötmə əməliyyatı və yola çıxan zaman sağdan-soldan gələn nəqliyyat vasitələrini gözləmir. Sanki belə də olmalı imiş kimi qəza şəraiti yaradırlar.
Təqdim olunan videoda iki hadisə qeydə alınıb. Birinci video paytaxtın Ziya Bünyadov prospektində çəkilib. Körpünün başlanğıcnda yola çıxan 90-NB-057 dövlət nömrə nişanlı avtomobilin sürücüsü təhlükə yaradır. Yola çıxan zaman yan güzgülərdən istifadə etmir.
İkinci hadisə isə başqa bir situasiyadır. "Mercedes" markalı avtomobilin sürücüsü sağ zolaqla hərəkət edir. Sağ tərəfində hərəkətdə olan 90 LZ 953 dövlət nömrə nişanlı avtomobilin sürücüsü döngədə güzgüyə baxmır. Nəticədə qəza şəraiti yaranır.
Ona etiraz edən sürücünün bir az sonra önünü kəsən ikinci avtomobilin sürücüsü özünün haqlı olduğunu bildirir. Hətta əl-qol hərəkətləri edir.
İkinci sürücü "videoya çəkirəm" deyəndən sonra uzaqlaşır. Videonu təqdim edirik:
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man