Hindistanın Qərbi Benqaliya ştatında balıqçılar 800 kiloqram çəkidə skat balığı tutub. İri balıq təsadüfən tora keçib.
Balığı sahilə çıxaran balıqçılar onu hərrac yolu ilə satmaq qərarına gəlib.
Yekunda balıq 700 dollara yaxın qiymətə satılıb. (Trend)