Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan daha bir sürücünün görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, kadrlarda, 90 FA 114 qeydiyyat nömrə nişanlı “Lada” markalı avtomobilin sürücüsü, yolda təhlükəli manevrlər edib qəza şəraiti yaradaraq irəliləyir. Həmçinin işıqforun qırmızı işığının yanması ilə dayanmalı olduğu halda hərəkət etdiyi də görülür. Sürücü qoşa xəttin tələblərini pozaraq, yolu qarşıya keçmək istəyən piyadanı da az qala vuracaqdı. Bütün bunlarla kifayətlənməyən qayda pozucusu, svetoforun qadağanedici siqnalından keçir.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man