Yol polisi icazəsi olan sürücünü cərimələdi - DYP-dən AÇIQLAMA - VİDEO - FOTO

İctimai nəqliyyat 27 İyul 2020 | 17:34
OXUNUB: 15174

 

Elxan Xıdırov adlı vətəndaş yol polisi tərəfindən qanunsuz cərimə olunduğunu iddia edir. 

“MediaPost"a müraciət edən şəxs bildirib ki, iyul ayının 22-də həkimdən gələn zaman Bakı-Sumqayıt yolunda (Sumqayıt istiqamətində) hərəkətdə olarkən 99 YP 683 dövlət nömrə nişanlı, YPX avtomobili tərəfindən saxlanılıb. 

“Əvvəlcə bildirdi ki, ”Ekologiya postu"nda mənə "saxla" əmri verib. Mən də həkimdən gəldiyimi və mümkündür ki, fikirli olduğunu qeyd edərək üzrxahlıq etdim. Ardınca isə məndən icazəmin olub-olmadığını soruşdular. Bildirdim ki, SMS icazəm var, amma vaxtı bitib. Əvəzində həkimdə olduğum barədə sənədi təqdim etdim. Lakin yol polisləri buna məhəl qoymayaraq mənə cərimə tətbiq etdilər", - şikayətçi “MediaPost”a bildirib.

Vətəndaş deyir ki, müalicə aldığı xəstəxanadan ona ödəniş qəbzləri və arayış verilib: "Amma görüntülərdə də aydın olur ki, buna heç məhəl də qoymadılar. Sadəcə, "tez ol, tez ol" deyərək cəriməni yazdılar. Bu barədə müxtəlif instansiyalara rəsmi şəkildə müraciət etmişəm. Ümid edirəm ki, haqqımda tərtib olunmuş protokol ləğv ediləcək və mənə qarşı bu yanlışlığı edən yol polisləri cəzalandırılacaq".

Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, bu halda sərnişin həkimdən aldığı arayışın sürətini, protokol ilə birlikdə Baş Dövlət Yol Polisi İdarəsinə təqdim edərək şikayətini bildirə bilər: “Əgər həqiqətən də sürücünün 1 indeksindən istifadə etməsi, həkimdən arayış alması təsdiq olunarsa, qərar ləğv olunacaq. Əks təqdirdə qərar qüvvədə qalacaq”.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man