Koronavirusa asanlıqla yoluxa biləcəyiniz beş yer

14 Aprel 2020 | 10:10
OXUNUB: 2402
 

Koronavirusa yoluxma ehtimalının çox olduğu potensial təhlükəli yerlər mövcuddur.

MK xəbər veri ki, bu barədə rusiyalı tibb elmləri namizədi, həkim-otorinolarinqoloq Vladimir Zaytsev deyib.

O, beş bu cür təhlükəli yerin olduğunu bildirib.

 

Beşinci - sonuncu yer zibil qablarının olduğu yerdir. Bura o qədər də təhlükəli yer sayılmasa da, zibili atdıqdan sonra əllərinizi yuyub təmizləməlisiniz.

Təhlükə baxımından dördüncü yerdə ev heyvanı ilə gəzintidir. Köpək, yaxud da pişik virusu pəncələrində götürə bilər və yolboyu onu gəzdirən adam dəmir qapı və qapı tutacaqlarına toxunur. Gəzintidən sonra ev heyvanı hərtərəfli yuyulmalı, onun sahibi isə əllərini dezinfeksiya etməlidir.

Üçüncü yerdə yanacaqdoldurma məntəqələridir. Burada infeksiyanın yayılması üçün əsl şərait mövcuddur. Hər gün onlarla insan əllərini eyni yerdən - avtomatın tutacağından tutur. Buna görə də maşını benzinlə doldurmazdan əvvəl əllərinizi antiseptik vasitə ilə təmizləyin. Daha yaxşısı - təmassız yanacaqdoldurmadan istifadə edin.

Əlavə edək ki, Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin böyük əksəriyyətində təmassız üsuldan istifadə olunur, yəni sürücülər benzinin maşına doldurulmasında bilavasitə iştirak etmir. 

Təhlükə baxımından ikinci yerdə mağazalardır. Ora daxil olarkən maska geyinilməli, arabaya və ya səbətə toxunmazdan əvvəl əllər antiseptik vasitə ilə dezinfeksiya edilməlidir. Alış-veriş əvvəlcədən tərtib edilmiş siyahı ilə mümkün qədər sürətli həyata keçirilməlidir. Bir ailənin yalnız bir üzvü alış-verişə getsə, daha yaxşı olar.

Nəhayət, ən təhlükəli yer aptekdir. İnsanlar bura xəstəliyin əlamətləri ilə gəlir. Apteklərin sahəsi kiçikdir və virusun patogenləri öskürək və asqıraqdan sonra uzun müddət səthdə və havada qalır. Buna görə də aptekə az adam olduğu zaman getməlisiniz. (oxu.az)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man