Yol polisi aparıcının iddiasına cavab verdi: faktlar təqdim etdi - FOTO

İctimai nəqliyyat 27 İyul 2020 | 13:28
OXUNUB: 2947

ARB TV-nin aparıcısı Lalə Əlimuxtarova avtomobilini hər gün yaşadığı binanın qarşısında saxladığını, amma buna görə ona cərimə yazılmasından şikayətlənib.

“Qafqazinfo” bildirir ki, bu barədə o, instaqram hesabında paylaşım edib. Aparıcı aidiyyəti orqanlara səslənərək bunları deyib:

"Həsən bəy Zərdabi küçəsindəyəm, avtomobilimi bina sahiblərinin icazəsi ilə qarşısında saxlayıram. Hər gün polislər gəlib çəkib, cərimə yazırlar. Yeni tikilən binadır, dayanacağı yoxdur. Deyiblər, icazə almışıq saxlayın. Burada “saxlama” işarəsi yoxdur. Özü də son 1 həftədir edirlər. Niyə insanları incidirlər? Hər gün 20 manat cərimə yazırlar.

Səhərin açılmasına imkan vermirlər. Yenə gəlib maşını çəkib və cərimə ediblər. Burada saxlanılan avtomobillər heç bir yoldan keçənə mane olmur”.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, aparıcıya həqiqətən də  cərimə yazılıb. " Ümumiyyətlə belə sürücülərimiz bilməlidirlər ki, küçə və yollarda nəqliyyat vasitələrinin parklanması həmin ərazidə yaşayan sakinlərin və ya obyek sahibinin icazəsi ilə deyil, qanunvericiliklə tənzimlənir. Təqdim olunan fotolardan da görünür ki, həmin günlərdə sürücü avtomobili videoda qeyd etdiyi yerdə deyil, dayanma-durmanın qadağan olduğu ərazidə saxlayıb. Ona görə də sürücüyə yazılan protokollar tam qanunidir."
Fotoları təqdim edirik:

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man