Türkiyənin Mersin vilayətində hərbçilər olan avtobusun iştirakı ilə ağır yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə iyulun 27-də Mut rayonunda qeydə alınıb.
"DHA" agentliyinin verdiyi məlumata görə, Manisa Alaşəhərdən Şimali Kipir Türk Cümhuriyyətinə 30-dan çox hərbçini daşıyan avtobus, əyləcində yaranan nasazlıq səbəbindən sürücünün idarəetməsindən çıxıb və yol kənarına aşıb.
Qəza nəticəsində 5 nəfər ölüb, 10-u isə ağır xəsarətlər alıb.
Yaralılar, hadisə yerinə cəlb edilən ambulanslarla xəstəxanalara çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man