Dağıstanda 4 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 25-də gecə saatlarında Xasavyurd rayonu ərazisində qeydə alınıb.
Respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Endirey kəndində 46 yaşlı sürücü idarə etdiyi “VAZ-2112” markalı minik avtomobillə, hərəkətdə olarkən hələlik müəyyənləşdirilməmiş səbəblərdən yolun əks istiqmətinə çıxaraq “Lada Priora”, “VAZ-2110” və “Kia Rio” ilə toqquşub. Zərbənin təsirindən bir neçə maşın deformasiyaya uğrayıb. Qəza nəticəsində 5 nəfər vəfat edib, daha 5-i isə xəsarət alıb. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man