Görüntülər avtomobildəki kameraya düşüb.
Yol hərəkəti qaydasını pozaraq təhlükəli hərəkət edən sürücü kameraya düşüb.
Sfera.az avtosfer.az-a istinadən xəbər verir ki, aprelin 10-u Binəqədi rayonu DSK kimi tanınan yolda hərəkət edən 10-AA-020 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü 1.1 bütöv xəttin tələbini pozaraq əks istiqamətdə ötmə qaydasını pozub.
Həmingörüntüləri sizə təqdim edirik.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə qeyd olunan avtomobil "Elnur Group MMC"yə məxsusdur. Avtomobilin kifayət qədər ödənilməyən cərimələri var. Bu səbəbdən nəqliyyat vasitəsinin duracağa təmin edilməsi ilə bağlı iki həbsi də var.