İnsanlar ölüm zamanı səs eşitməyə davam edirlər

Maraqlı 25 İyul 2020 | 12:27
OXUNUB: 785

Ölüm zamanı insan beyni səsləri təsbit etməyə davam edir.

Avtosfer.az xəbər verir ki, bu nəticəyə ABŞ-ın Britaniya Kolumbiyası Universitetinin psixoloqları gəliblər.

Məlumata görə, araşdırma çərçivəsində 17 sağlam, 13 hospis (sağalma ehtimalı az olan xəstələrin qaldığı yer) pasiyentin (onlardan 8-i şüurlu, digər 5 nəfər isə şüursuz və ya ölüm ayağında) beyin aktivliyi tədqiq edilib. Öncə sağlamlar, daha sonra isə hospis pasiyentləri üçün 5 notdan ibarət qısa bəstələr dinlədilib. Beynin səslərə olan reaksiyası elektroensefaloqraf (EEQ) vasitəsilə qeyd olunub.  

Məlum olub ki, ölən insanlarla sağlam insanların beyni kompozisiyalara eyni reaksiya verib – cihaz bütün hallarda eyni impulsları qeyd edib.

Ancaq buna baxmayaraq, ölərkən insanın eşitdiyini anlayıb-anlamadığı sirr olaraq qalır.

Araşdırmanın aparıcı müəllifi olan Elizabet Bludonun sözlərinə görə, bu tədqiqat təsdiqləyib ki, ölüm ayağında insanlarla danışmağa dəyər. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man