Rusiyanın Altay bölgəsində qatarın və yanğınsöndürən maşının iştirakı ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 24-də “Ozerki” – “Çaplino” dəmir yol stansiyalarının 183-cü kilometrliyində qeydə alınıb.
Yerli KİV-in məlumatına görə, yanğın yerinə tələsən yanğınsöndürən maşını dəmir yol keçidinin qadağanedici siqnalından keçərək hərəkətdə olan yük qatarının vaqonlarına çırpılıb.
Zərbənin təsirindən maşın metrlərlə sürüklənərək deformasiyaya uğrayıb, qatarın isə iki vaqonu relsdən çıxıb.
Qəza nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man