Türkiyənin Antaliya vilayətində meşəlik əraziyə atılan siqaret kötüyü yanğına səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə Manavqat rayonunda qeydə alınıb.
“İHA” xəbər agentliyinin məlumatına görə, Titreyengöl bölgəsində 5 ulduzlu otellərə gedən yolda, bir avtomobildən atılan siqaret kötüyündən yanğın başlayıb. Ərazidə xidmət aparan polislər yanğını fərq edərək yanğınsöndürmə bölmələrinə zəng vurublar. Şam ağcalarından ibarət olan meşəlik ərazisindəki alovlar, havanın küləkli olmasına baxmayaraq yanğınsöndürənlər tərəfindən mühafizə edilib. Yanğın zamanı şam ağaclarından ətrafa tökülən qozalar, qurumuş otlarında alovlanmasına zəmin yaradıb. Polislər və yanğınsöndürənlər müdaxilə edərək yanğının yenidən başlamasını önləyiblər.
Qısa müddətdə söndürülən yanğında, 300 kvadratmetrlik ərazi zərər görüb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man