Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati binasında partlayış olub. “MediaPost”un əldə etdiyi məlumata görə, İdarənin enerji bloklarının birində partlama baş verib. Nəticədə enerji sisteminə ciddi ziyan dəyib. Bütün proseslər dayanıb.
Qeydiyyat, imtahan və digər işlər “Meyvəli” bazarındakı şöbəyə yönləndirilib.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, inzibati binada partlayış olmayıb. "Qeydiyyat İmtahan şöbəsində işıqlar sönüb. Naqillərdə nasazlıq yaranıb. Hazırda problem aradan qaldırılır."
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man