Leylək ağır yol qəzasına səbəb oldu; 3 nəfər ağır yaralandı - VİDEO

Nəqliyyat TV 24 İyul 2020 | 12:45
OXUNUB: 1033

Ukraynanın Lıvov əyalətində leylək yanğınla nəticələnən yol qəzasına səbəb olub. Avtosfer.az “TSN” portalına istindən xəbər verir ki, hadisə Pukeniçi qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumata görə, üzərinə leyləyin gəldiyini görən yük maşınının sürücüsü, sükanı qəfil sola döndərərək yolun əks istiqamətinə çıxıb və qarşıda hərəkətdə olan mikroavtobusla toqquşub.

Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsində yanğın baş verib.

Şahidlər insanları maşınlardan çıxararaq alovların söndürülməsinə kömək ediblər.

Qəza zamanı mikroavtobusun 3 sərnişini ağır xəsarətlər alıb. Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man