Kolumbiyada iki avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə paytaxt Boqotada baş verib. Bu barədə “La FM” radiostansiyası məlumat yayıb.
Məlumata görə, hərəkətdə olan avtobus sürücüsü sükan idarəetməsini itirərək, qarşısında irəliləyən digər sərnişin avtobusuna arxadan çırpılıb. Qəza nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man